EN

Professor: Süni intellektin neqativ cəhətlərindən biri onun hərbi məqsədlərlə istifadə ehtimalıdır

Süni intellektin neqativ cəhətlərindən biri onun hərbi məqsədlərlə istifadə ehtimalıdır.

Aznews.az xəbər verir ki, bunu Bakıda keçirilən "XXI Əsrdə Dövlət Suverenliyi və Milli Konstitusiyalar: Qlobal Çağırışlar, Tendensiya və Perspektivlər" adlı beynəlxalq elmi-praktik konfransdakı çıxışında Gürcüstan Texniki Universitetinin professoru Valeri Modebadze deyib.

V.Modebadze istifadə miqyası sürətlə genişlənən süni intellektin müsbət və mənfi cəhətlərinə toxunub:

"Süni intellekt cəmiyyətə müəyyən sferada fayda verdiyi kimi, həm də bəzi problemlər törədə bilər. Bu gün dünyada süni intellektdən səhiyyə, təhsil və digər sahələrdə getdikcə daha da geniş istifadə olunur. Süni intellekt həmçinin dövlət səviyyəsində də önəmli faktora çevrilməkdədir".

Professor süni intellektin işsizliyi artıra biləcəyini də istisna etməyib:

"Bu danılmaz faktdır ki, insanlar zamanla süni intellektin onları əvəzləməsi səbəbindən işlərini itirir. Başqa bir neqativ nüans isə onun hərbi məqsədlər üçün də istifadəsinin istisna olunmamasıdır. Bunun necə bir təhlükə vəd elədiyini izah etməyə isə ehtiyac yoxdur".

Qətər Dövlətinin Milli İnsan Hüquqları Komitəsinin Proqramlar və maarifləndirmə departamentinin direktoru Hamad Əl-Həcri çıxışında suverenlik və insan hüquqlarının ayrılmaz məfhumlar olduğunu deyib.

O, Qətərin bu xüsusda BMT ilə əməkdaşlıq etdiyini vurğulayıb:

"Əlbəttə, beynəlxalq tərəfdaşlarla çalışarkən öz mədəniyyətimizə və milli dəyərlərimizə də xidmət etmiş oluruq. Bu, Qətər milli görüşünün bir parçasıdır".

Chosen
24
aznews.az

1Sources