Bakı. Trend:
Dünyanın mərkəzi bankları cari ilin sentybar ayında 39 tonayaxın qızıl alıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Ümumdünya Qızıl Şurasının (WGC )dərcetdiyi məlumatlar əks etdirir.
Məlumata görə, sentyabrda ən fəal qızıl alışını həyata keçirəntənzimləyicilər Braziliya (+15 ton), Rusiya (+3 ton), Qvatemala (+6ton), Qazaxıstan (+8 ton) mərkəzi bankları olub. Türkiyə, Çin,Çexiya və Qananın mərkəzi bankları isə öz qızıl ehtiyatlarını 1-2tona qədər artırıb.
Sentyabrda qızıl satan yeganə ölkə Mərkəzi Bankı Özbəkistan olub– satışın həcmi 4 ton təşkil edib.
Sentyabr ayında dünya üzrə qızılın xalis alışı 200 ton olub ki,bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.