EN

Metro bu gün saat 01.00-a qədər işləyəcək

Metro bu gün saat 01.00-a qədər işləyəcək

"Bakı Metropoliteni" QSC "Qarabağ" FK-nın UEFA Çempionlar Liqasındakı oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq.

Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, noyabrın 5-dən 6-na keçən gecə metronun bütün stansiyaları saat 01:00-a qədər girişə açıq olacaq.

Bildirilib ki, azarkeşlərin rahat və təhlükəsiz gedişini təmin etmək məqsədilə metropoliten gücləndirilmiş iş qrafikində fəaliyyət göstərəcək. "Gənclik", "Nərimanov" və "28 May" stansiyalarında nəzarət və işçi qüvvəsi artırılacaq. "Gənclik" stansiyasında, həmçinin könüllülər də fəaliyyət göstərəcəklər.

Ehtiyat qatarlar zərurət yarandıqda xəttə buraxılmağa hazır olacaq.

Chosen
11
31
afn.az

10Sources