Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısı dərc olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə portfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49 saxlama layihəsi daxil edilib.
Bu barədə FED.az-a Energetika Nazirliyindən bildirilib.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyə qədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib. Layihənin texniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindən həyata keçirilir.