EN

Mirzoyan “dəhliz” sözünə BELƏ REAKSİYA VERDİ

“Xahiş edirəm, “dəhliz” terminini işlətməyin, bu, TRIPP layihəsidir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Zəngəzur Dəhlizi ilə bağlı açıqlamasında bildirib.

Onun sözlərinə görə, “dəhliz” termini onun üçün mənfi emosional yük daşıyır.

Mirzoyan bildirib ki, yeni iqtisadi və logistika marşrutları dünyada fəal şəkildə müzakirə olunur, lakin “dəhliz” anlayışı Ermənistanda xüsusilə emosional əhəmiyyət kəsb edir:

“Bəli, bütün ölkələr yeni nəqliyyat marşrutları yaratmağa çalışırlar. Amma sual budur: bu terminlə dəqiq nə nəzərdə tutulur? Danışıqların müxtəlif mərhələlərində bəzi dövlətlər dəmir yolu boyunca hərbi mövcudluq yaratmaq və ya infrastruktur üzərində nəzarət etmək istəyi bildiriblər. Mən artıq demişəm ki, bu, Ermənistan Respublikasının müstəsna hüququdur. Amma “dəhliz” sözünü eşidən kimi avtomatik olaraq ölkənin suverenliyinə xələl gətirə biləcək gizli niyyətləri hiss edirik”.

Musavat.com

Chosen
73
musavat.com

1Sources