EN

Türkmənistan Əfqanıstana yardım etməyə hazırdır

BAKI, 5 noyabr. TELEQRAF

Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanov Əfqanıstanın Türkmənistandakı müvəqqəti işlər vəkili Fəzal Məhəmməd Sabir ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə A.Qurbanov Əfqanıstanın şimalında insan tələfatı və dağıntılara səbəb olan zəlzələ ilə bağlı başsağlığı verib.

O qeyd edib ki, Türkmənistan bu xəbəri dərin təəssüf hissi ilə qəbul edib və zərərçəkmiş əhaliyə humanitar yardım göndərməyə hazırdır.

Chosen
14
teleqraf.com

1Sources