EN

Aİ ölkələri Ukraynanı təhrif etdilər - Zaxarova

Avropa İttifaqı (Aİ) ölkələrinin müdaxiləsi olmasaydı, Ukrayna Avropanın iqtisadi cəvahirinə çevrilə bilərdi.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Onlar (Aİ ölkələri) öz resurs bazası sayəsində əsl çörəkpulu olmaq şansına malik olan bir ölkəni (Ukrayna) bu vəziyyəti saldılar. Əgər Avropa ölkələri lazımi kimi davransaydılar Ukrayna Avropanın iqtisadi mirvarisinə çevrilmək üçün hər cür imkana malik idi. Amma bunun əvəzində onu təhrif etdilər, zorladılar",- Zaxarova deyib.

Onun sözlərinə görə, məhz buna görə Avropa ölkələri hazırda Ukraynadan gələn miqrant və qaçqınların sayının artması ilə üzləşirlər.

İlahə Qənbərli

Missiya.Az

Chosen
27
missiya.az

1Sources