EN

Azərbaycandan İsrailə bitkiçilik məhsullarının ixracı ilə bağlı məsələlər müzakirə olunub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizəsi və Təftiş Xidmətinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycandan İsrailə pomidor məhsulunun ixracı üçün icazənin əldə olunması müsbət qiymətləndirilib. Bununla yanaşı, ölkəmizdən İsrailə digər bitkiçilik məhsullarının ixracı üçün zəruri icazələrin alınması üzrə görülən işlərlə bağlı müzakirələr aparılıb.

Bundan başqa ölkəmizdə bitki zərərvericilərinə qarşı həyata keçirilən mübarizə tədbirləri barədə İsrail tərəfinə ətraflı məlumat verilib.

Görüş zamanı, həmçinin bitki sağlamlığı sahəsində əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşün yekununda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
2
azertag.az

3Sources