EN

Naxçıvandakı rezidentlər bəzi vergilərdən AZAD EDİLƏCƏK – 10 illik GÜZƏŞT

Naxçıvan Muxtar Respublikasındakı rezidentlərin 10 il müddətinə əksər vergilərdən azad edilməsi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfi layihəsində öz əksini tapıb.
 

Belə ki, Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklərdə Naxçıvandakı rezidentlərin 2026-cı il yanvarın 1-dən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin isə vergidən azad edilməsi nəzərdə tutulur.


Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən, Naxçıvan MR-də yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidentləri üçün müvafiq təsdiqedici sənəd əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək.

Bizim.Media

Chosen
30
1
bizim.media

2Sources