EN

Ölkəmizdə dini mərkəzlərin bir-birinə yaxın yerləşməsi multikultural dəyərlərimizi təcəssüm etdirir - Ramin Məmmədov

Bakı.Trend

Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız birneçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörmətivə multikultural dəyərlərimizi təcəssüm etdirir.

Trend xəbərverir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət KomitəsininsədriRamin Məmmədov bu gün Azərbaycan Respublikasının DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən“Fərqliliyin rəngi” festivalında çıxışı zamanı deyib.

R.Məmmədov bildirib ki, yanaşı duran bu çadırlar eyni Vətəninövladları olaraq bizləri birləşdirən mənəvi körpününsimvollarıdır.

“Nümayiş olunan fotostendlər, videoçarxlar, ədəbiyyatnümunələri, əl işlərindən ibarət sərgilər və musiqi proqramları isəAzərbaycanın zəngin mədəni-dini palitrasını bütün rəngləri ilə əksetdirir”.

O, vurğulayıb ki, bu festival təkcə mədəni tədbir deyil, həm dəsuverenliyimizin, Konstitusiya prinsiplərimizin və çoxəsrlikbirgəyaşayış modelimizin canlı nümayişidir.

“Azərbaycanda mövcud olan fərqlilik bu ölkədə yaşayan bütünvətəndaşların mənəvi güc mənbəyidir. Çünki biz hər zaman müxtəlifdinləri, mədəniyyətləri milli birliyimizin sütunlarından biri hesabetmişik”.

R.Məmmədov əlavə edib ki, “Fərqliliyin rəngi” festivalınınmesajı da məhz budur: hər fərq bir rəngdir, hər rəng bir dəyərdir,tarixdir və bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsizgözəlliyini, gücünü ortaya çıxarır.

“44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Böyük Zəfər dəməhz bu gücün, birliyin və Azərbaycan xalqının öz keçmişinəsadiqliyinin sayəsində mümkün olmuşdur”,- deyə komitə sədri əlavəedib.

Məqalədə:
Chosen
30
az.trend.az

1Sources