EN

“Strateji baxımdan məğlub olmuşuq” Məşhur rusiyalı generalın etirafı

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Biz "Burevestnik" raketinə və "Poseydon" nüvə torpedasına ağaca mamır yapışan kimi yapışmışıq. Əslində, ABŞ-yə onlarla atəş açsaq, bu şeylər hədəflərinə çatmamış bizi məhv edə bilərlər". 

“AzPolitika” xəbər verir ki, bunu tanınmış rusiyalı hərbçi, uzun illər Ümumrusiya Zabitlər İtifaqının sədri olmuş istefadakı general-polkovnik Leonid İvaşov Rusiya “youtube” kanallarından birinə son müsahibəsində deyib.

Yaşı 80-ni keçsə də, hazırda Rusiyanın ən prestijli ali məktəblərində professor olaraq dərs deyən, hər zaman qətiyyətli mövqeyi və hakimiyyətə qarşı tənqidlərilə seçilən general İvaşov dəfələrlə Rusiyanın Ukraynada apardığı müharibəni uğursuz hesab etdiyini deyib.

Son açıqalmasında isə Pokrovskdakı döyüşlərə də toxunub və qeyd edib ki, rus ordusu strateji olaraq bu savaşı uduzub: "Pokrovsk yaxınlığında bir yerdə irəliləməyimiz yalnız taktiki uğurdur; əməliyyat-taktiki səviyyədə heç bir uğur qazanmamışıq və strateji səviyyədə bütün cəbhələrdə məğlub olmuşuq".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
azpolitika.info

1Sources