EN

Millimizin üzvü: "Liviya ilə matçda əla mübarizə apardıq"

Azərbaycanın futzal millisi VI İslam Həmrəyliyi Oyunlarında keçirdiyi Liviya ilə matçda əla mübarizə aparıb.

Apasport.az xəbər verir ki, bunu yığma üzvü Fərid Abbasov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib:

O, qarşılaşmanı dəyərləndirib:

"Hər birimiz meydanda əla mübarizə apardıq. Hazırkı baş məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Çalışdıq ki, həm nəticə yaxşı olsun, həm də oyun planında fərqlənək. Düzdür, İslam Həmrəyliyi Oyunlarında ilk matçımız idi, buna görə də komandada həyəcanlı olanlar da var idi. Ancaq hamımız qələbə qazanacağımıza inanırdıq. Rəqibi zəif hesab etmirdik, özümüzə inamımız böyük idi. Əlbəttə, heç bir qələbə asan qazanılmır. Oyun gərgin keçdi. Standart vəziyyətlərdən asan qollar buraxdıq. Bunun da müəyyən obyektiv və subyektiv səbəbləri var".

Futzalçı görşdə het-trik etməsinə də münasibət bildirib:

"Millidə ilk belə göstəricimdir. Qol vurmaq vacibdir, amma əsas komandaya kömək etmək, irəli getməsində pay sahibi olmaqdı. Zəfər günlərini yaşadığımız vaxtda millinin də bu sevincə qatqısımım olmasını istəyirdik".

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu Azərbaycan millisi ötən gün Liviyanı 5:4 hesabı ilə məğlub edib.

Millimizin dünya çempionatındakı rəqibləri bəlli olub

"Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"

II Liqa: VII tura yekun vurulub

Elvin Cəfərquliyev: “Mübarizələrdə vərəqə yox, top almağı fikirləşirəm”

Qurban Qurbanov: “Çelsi"nin oyun sisteminə uyğunlaşmalıyıq“

Chosen
42
4
apasport.az

5Sources