EN

Azərbaycanda demək olar ki, qara bazar mövcud deyil AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qara bilet bazarı ilə "qara bazar" anlayışları bir-birindən fərqlidir. Bilet bazarı adətən ildə bir-iki dəfə, müəyyən tədbirlər və ya konsertlər zamanı ortaya çıxan situasiyadır. Bu, davamlı baş verən hal olmadığı üçün iqtisadiyyata ciddi təsir göstərə biləcək səviyyədə deyil".Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, digər sahələrlə bağlı isə Azərbaycanda demək olar ki, "qara bazar" mövcud deyil:"Çünki hazırkı şəraitdə biznes elə bir vəziyyətdədir ki, istənilən məhsulu istənilən qiymətə satmaq mümkündür. Belə şəraitdə “qara bazar” anlayışının formalaşması üçün əsas qalmır.Bizdə "qara bazar" daha çox qanunla qadağan edilmiş sahələrdə – məsələn, narkotik vasitələrin dövriyyəsi və bu kimi digər hallarda mövcuddur. Lakin bu fəaliyyət növlərinin ümumi iqtisadiyyata birbaşa təsiri yoxdur".Qeyd edək ki, Qarabağ-Çelsi oyunu üçün öncədən bilet alıb, daha baha qiymətə satan şəxslər saxlanılıb.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
demokrat.az

1Sources