EN

Suriya prezidenti Trampla görüş üçün Vaşinqtona gedir: Bu məsələlər gündəmdədir

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Ağ Evdə Suriya prezidenti Əhməd Əl Şaraa ilə görüşməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Ağ Evin mətbuat katibi Kerolayn Livittin sözlərinə görə, görüş zamanı tərəflər Yaxın Şərqdə sülh prosesini və Suriyaya qarşı sanksiyaların ləğvindən sonra yaranmış yeni siyasi mərhələni müzakirə edəcəklər.

“Prezident Yaxın Şərqdə olarkən Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün tarixi qərar verdi. Bu, onlara sülh gətirmək üçün real şans yaratdı. Biz onların yeni rəhbərliyi altında yaxşı irəliləyişlər görürük”, - deyə Livitt bildirib.

Qeyd edək ki, bu, Əl Şaraanın Vaşinqtona ilk səfəri olsa da, sentyabrda BMT Baş Assambleyasına etdiyi səfərdən sonra ABŞ-a ikinci səfəri olacaq.

Chosen
19
publika.az

1Sources