EN

Bu festival Azərbaycan cəmiyyətində əsrlərdir formalaşıb

BAKI, 5 noyabr. TELEQRAF

“Bu festival Azərbaycan cəmiyyətində əsrlərdir formalaşmış tolerantlıq və multikultural dəyərlərin təzahürü, xalqımızın birgəyaşayış fəlsəfəsinin ifadəsidir”.

Teleqraf xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Fərqliliyin Rəngi” adlı festivalda çıxışı zamanı deyib.

O bildirib ki, biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq:

“Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən, əqidəsindən inancından asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir. Yanaşı duran bu çadırlar eyni Vətənin övladları olaraq bizləri birləşdirən mənəvi körpünün simvollarıdır”, - sədr vurğulayıb.

Chosen
45
teleqraf.com

1Sources