EN

Orbandan Zelenskinin tənqidlərinə sərt CAVAB: “Ukrayna bizi heç kimdən qorumur”

Macarıstanın baş naziri Viktor Orban Belçikada keçirilən konfransda Ukrayna prezidenti Volodimir Zelenskinin tənqidlərinə sərt cavab verib.

Paralel.az xəbər verir ki , bu barədə Macarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Orban bildirib ki, Ukrayna nə Macarıstanı qoruyur, nə də ona qarşı hansısa təhlükənin qarşısını alır, buna görə Budapeşt Kiyevə borclu deyil.
 

“Ukrayna bizi heç kimdən və heç nədən qorumur. Biz bunu ondan istəməmişik və istəməyəcəyik. Macarıstanın təhlükəsizliyi öz ordusu və NATO tərəfindən təmin olunur — Ukrayna isə NATO üzvü deyil və yaxşı ki, deyil,” – deyə Orban bəyan edib.


Baş nazir həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyünə kəskin şəkildə qarşı çıxdığını bir daha vurğulayıb:

“Aİ-yə üzvlük məsələsi yalnız bütün üzv dövlətlərin yekdil qərarı ilə həll olunur.

Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmir və dəstəkləməyəcək. Bu, müharibəni Avropaya gətirər və macarların pulunu Ukraynaya yönəldər".

Chosen
10
4
paralel.az

5Sources