EN

Nyu-Yorkun yeni seçilmiş meri Trampı "dayandıracağını" bəyan edib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarında demokrat-sosialist Zöhran MamdaniNyu-York meri seçkilərində qələbə qazandıqdan sonra ABŞ prezidentiDonald Trampı dayandıracağı ilə bağlı bəyanat səsləndirib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Əgər Donald Tramp tərəfindən xəyanətə uğramış ölkəyə onu necəməğlub etməyi göstərə biləcək bir yer varsa, bu, onu doğuranşəhərdir (Tramp Nyu-Yorkda anadan olub– red.). Və əgər bir despotuqorxutmağın yolu varsa, bu, onun hakimiyyəti ələ keçirməsinə imkanverən şəraiti məhv etməkdir.

Bu, yalnız Trampı dayandırmaq üsulu deyil, həm də növbətisinidayandırmaq yoludur”,- Mamdani tərəfdarları qarşısında çıxışındabildirib.

O, mer postuna seçki kampaniyasının əvvəlində demək olar ki,tanınmırdı. Sorğulara görə, onun reytinqi cəmi 1 faiz idi. Lakin o,4 noyabrda keçirilən seçkilərdə müstəqil namizəd Endrü Kuomonu vərespublikaçı Kertis Slivuanı qabaqlayaraq qalib gəlib.

Məqalədə:
Chosen
43
az.trend.az

1Sources