EN

Moskva və Tehran Zəngəzur dəhlizindən narazıdır?

“Moskva və Tehran TRIPP layihəsinin (Zəngəzur yolu)  bir hissəsi olaraq Amerikanın regiondakı iştirakı ilə bağlı narahatlıqlarını ifadə etməyiblər”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Orbeli Beyin Mərkəzi tərəfindən təşkil edilən "Sülh Viktorinası: Ermənistan xarici işlər naziri ilə söhbət" adlı konfransda bildirib. 

Nazir xatırladıb ki, layihədə  Amerika şirkətləri, eləcə də digər xarici kapitallı - Argentina, Çin və digər ölkələrin şirkətləri fəaliyyət göstərir. 

Mirzoyan layihənin əhəmiyyətli siyasi diqqət çəkdiyini qəbul edib:

"Mən onun su ehtiyatlarının idarə edilməsi və ya hava limanı ilə müqayisə edilə biləcəyini demək istəmirəm. Siyasi əhəmiyyətə malikdir və sülhün qarantı və alətlərindən biridir". 

O əlavə edib ki, hazırda Amerika tərəfi ilə danışıqlar aparılır: 

“Mənim fikrimcə, bu, gündəlik idarəetməni quracaq və idarə edəcək bir erməni-amerikan şirkəti olmalıdır. Bu, infrastruktur üzərində Amerikanın nəzarəti demək deyil. Suverenlik və səlahiyyətlə bağlı bütün məsələlər həll edilib, imzalanmış və dərc olunmuş sənədlərdə öz əksini tapıb. Bu, yalnız idarəetmə məsələsidir”.

O əlavə edib ki, Moskva və Tehran rəsmi olaraq heç bir narahatlıq bildirməyiblər: 

“Əksinə, İran və Rusiya layihə ilə maraqlanır, xüsusən də Rusiya Ermənistanda başqa bir şirkətin - Cənubi Qafqaz Dəmir Yolunun operatoru olduğundan bununla maraqlanır”.

Eyni zamanda, nazir layihənin hazırkı adı olan TRIPP-dən istifadə edilməsini istəyib.

Chosen
43
cebheinfo.az

1Sources