EN

"Düşünürəm ki, o, səhv edib və mən bunu ona açıq şəkildə dedim"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Real”ın hücumçusu Vinisius Juniorla bağlı son qalmaqala münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçuyla bu haqda danışdığını deyib:

“Mən Vinisiusla “el klasiko”da əvəzlənməsinə reaksiyası barədə danışdım. Düşünürəm ki, o, səhv edib və mən bunu ona açıq şəkildə dedim.

O, artıq səhvini etiraf edib və üzr istəyib, ona görə də, düşünürəm ki, problem həll olunub”.

Vinisius “Barselona”ya qarşı oyunda (2:1) əvəzləndikdən sonra narazılığını açıq şəkildə bildirib və baş məşqçi Xabi Alonsonu günahlandırıb.

Tezliklə mətbuatda oyunçu ilə baş məşqçi arasında gərgin münasibətlərin olduğu və forvardın klubdan gedəcəyi ilə bağlı məlumatlar ortaya çıxıb.

Ançelotti bu ilin may ayının sonunda “Real”ın baş məşqçisi postundan ayrılıb.

Chosen
49
sportinfo.az

1Sources