EN

Azərbaycan Sosial İnkişaf üzrə Dünya Sammitində mənzil siyasəti sahəsində təcrübəsini təqdim edib (FOTO)

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndə heyətiQətərin paytaxtı Dohada 4–6 noyabr tarixlərində keçirilən Sosialİnkişaf üzrə İkinci Dünya Sammitində iştirak edir.

Trend xəbər verir ki, komitəsədri Anar Quliyev Sammit çərçivəsində keçirilən “Sosial inkişafınəsası kimi əlverişli mənzil” sessiyasında çıxış edib və mənzilsiyasətinin sosial rifah və inklüziv inkişaf üçün əsas dayaqlardanbiri olduğunu vurğulayıb.

Qeyd edilib ki, Azərbaycanın milli mənzil siyasəti mənziliinklüziv inkişaf və sosial sabitliyin əsas dayağı kimi qəbul edir.Strategiyamızın önəmli istiqamətlərindən biri də Qarabağ və ŞərqiZəngəzurda köçkünlərin mərhələli məskunlaşdırılması və dayanıqlı,yaşanılabilən şəhərlərin qurulmasıdır.

Həmçinin Azərbaycanın BMT-nin Məskunlaşma Assambleyasının “Hərkəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökumətlərarası İşçi Qrupunhəmsədri seçilməsi və bu təşəbbüs çərçivəsində ədalətli və davamlımənzil siyasətinin təşviqinə fəal töhfə verməyə davam ediləcəyibildirilib.

Bu istiqamətdə müzakirələrin davamı üçün 2026-cı ilin 17–22 maytarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13)mühüm qlobal platforma olacaq. Sonda Anar Quliyev bütüntərəfdaşları və ölkələri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsizvə dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcəkbu beynəlxalq tədbirdə Bakıda bir araya gəlməyə dəvət edib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
3
9
az.trend.az

10Sources