EN

“ Məqsədimiz dinlərarası tolerantlığı təşviq etməkdir” -

Bakı Ekspo Mərkəzində keçiriləcək “Fərqliliyin rəngi” festivalı ölkəmizdəki dini-mədəni müxtəlifliyi, konfessiyalararası həmrəyliyi və milli birliyi nümayiş etdirməyi hədəfləyir”.Mətbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, festivalın məqsədi Azərbaycanın zəngin dini irsini, müxtəlif konfessiyaların qarşılıqlı anlayış və dostluq mühitində fəaliyyətini ictimaiyyətə təqdim etməkdir.Gündüz İsmayılovun sözlərinə görə, tədbir çərçivəsində dini icmaların tarixini, dəyərlərini və fəaliyyət istiqamətlərini əks etdirən fotostendlər, ədəbiyyat nümunələri, milli geyimlər, əl işləri və digər dini məzmunlu eksponatlar nümayiş olunacaq.

Qeyd edək ki, festival iştirakçıları Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, yəhudi icmaları (Dağ, Sefarad və Avropa yəhudiləri), Azərbaycan Bibliya Cəmiyyəti, Bəhailər Dini Mərkəzi, Alban-Udi, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian icmalarının stendləri ilə tanış olacaqlar.

Chosen
27
3
metbuat.az

4Sources