EN

“10 ayda 158 min nəfər işlə təmin edilib”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“2026-cı ildə İSF vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Qeyd etmək lazımdır ki, 2025-ci ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. 2026-cı ildə isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək veriləcəyi gözlənilir. Əhalinin məşğulluğunun təmin edilməsində əsas aktiv məşğulluq tədbirlərindən olan özünüməşğulluq proqramı növbəti ildə də davam etdiriləcək və İSF büdcəsinin xərclərinin 29%-ni təşkil edəcək”, - nazir bildirib.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
45
4
qafqazinfo.az

6Sources