EN

Həmin vəsait növbəti ilin xərclərinə yönəldilir

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dövlət büdcəsindən transfertin DSMF-nin gəlirlərindəki payının 2017-ci ildəki 38%-dən 2026-cı ildə 20,4%-ə düşməsi proqnozlaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında”  qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Vurğulamaq istərdim ki, növbəti il üzrə dövlət büdcəsi xərclərinə dəstək göstərilməsi məqsədilə DSMF-nin 2026-cı il üçün büdcə layihəsində Fondun əvvəlki illərdə yaratdığı ehtiyatdan 160 milyon manata yaxın məbləğdə vəsait növbəti ilin xərclərinə yönəldilir”, - nazir bildirib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
36
qafqazinfo.az

1Sources