Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.


Rekord.az xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" 4-cü turda Polşanın "Trefl" komandasını qəbul edəcək.


Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.


Qrupun digər görüşündə "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu oyun isə saat 21:30-da başlayacaq.


Qeyd edək ki, "Trefl" 6 xalla liderdir. "Neftçi" 5 xalla ikinci, "Kalev" 4 xalla üçüncü, "Abşeron Lions" isə 3 xalla dördüncü sırada qərarlaşıb.