Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların başlama saatları və hakim heyətləri açıqlanıb
İdman.Biz AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz noyabrın 12-də Çexiya ilə qarşılaşacaq.
Görüşü finlandiyalı hakim Oliver Reytala idarə edəcək.
U-19 millimiz noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra isə Malta ilə qarşılaşacaq. Bu oyunları müvafiq olaraq qazaxıstanlı Sayat Karabayev və finlandiyalı Oliver Reytala idarə edəcək.
İlk iki matç Bakı vaxtı ilə saat 17:30-da, sonuncu görüş isə saat 14:00-da başlayacaq.
Qeyd edək ki, bütün qarşılaşmalar Maltanın Ta Qali şəhərində keçiriləcək.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.