EN

Azərbaycanın U 19 millisinin seçmə mərhələdə keçirəcəyi oyunların başlama saatları və hakim heyətləri müəyyənləşib

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların başlama saatları və hakim heyətləri açıqlanıb

İdman.Biz AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimiz noyabrın 12-də Çexiya ilə qarşılaşacaq.

Görüşü finlandiyalı hakim Oliver Reytala idarə edəcək.

U-19 millimiz noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra isə Malta ilə qarşılaşacaq. Bu oyunları müvafiq olaraq qazaxıstanlı Sayat Karabayev və finlandiyalı Oliver Reytala idarə edəcək.

İlk iki matç Bakı vaxtı ilə saat 17:30-da, sonuncu görüş isə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bütün qarşılaşmalar Maltanın Ta Qali şəhərində keçiriləcək.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
icma.az

2Sources