EN

Entso Mareskanı heyrətləndirən Qurban Qurbanov Qarabağ İngiltərə klubları ilə oyunlarda ilk dəfə xal qazana biləcəkmi?

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Çelsi"nin çalışdırıcısı Entso Mareska bir baş məşqçinin hansısa klubda fasiləsiz 17 il işləməsini heyrətamiz hadisə adlandırıb. Bizim üçün Qurban Qurbanovun "Qarabağ"ı çalışdırması artiq adiləşsə də, dünya futbolu üçün diqqətçəkən durumdur. Yeri gəlmişkən, hal-hazırda Avropada məşqçilərin ortalama iş müddəti 12-14 ay olaraq götürülür. 

Avropanın başqa ölkələrindən boylananda, "Qarabağ"da həsəd aparılası çox şey var. Ucuza alıb bahaya satmağı bacaran, az pulla böyük nəticələr əldə edən, kiçik futbol ölkəsindən olub, böyük turnirə səs sala bilən klubdur "Qarabağ". Az danışıb, çox iş görə bilən adam kimidir!

Lakin üstünlüklərini nə qədər qabartsaq da, çatışmayanlar da var. Bunlardan biri də, İngiltərə klublarına qarşı oyunlarla bağlıdır. "Qarabağ"ın Premyer Liqa komandaları ilə oyunlarda xalı yoxdur. Bu günə qədər keçirilən bütün görüşlərdə uduzublar. 

Bunu qınaq kimi yox, fakt kimi yazırıq. Büdcəsi az qala bir milyard funt sterlinq civarında olan, dünyanın ən güclü liqasında top qovan klublarla başabaş mübarizə aparmaq çətin, çətindən də çətindir "Qarabağ" üçün. Qurban Qurbanovun qurduğu uğurlu sistemlə bu yerlərə gələn klubumuz onsuz da boyundan çox-çox yuxarı tullanıb. 

"Çelsi" ilə qarşıdakı oyunda xal qazanmaq üçün bir ümid yeri var - "Qarabağ"ın bu illər ərzində avrokuboklarda qazandığı təcrübə. Məhz həmin təcrübə hesabına bu oyundan xal çıxarmağı möcüzədən gerçəkliyə daşımaq mümkün ola bilər. 

Həmid

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
2
sportal.az

3Sources