EN

Bakıda qadın zəhərlənib öldü

Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.

O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
4
metbuat.az

9Sources