EN

“Gunvor”: “Lukoil” ilə razılaşmanın pozulması yanacaq təchizatına ciddi təsir göstərə bilər

İsveçrə xammal treyderi “Gunvor Group” “Lukoil”in xarici aktivlərinə sahib törəmə şirkəti Lukoil International GmbH-ni ala bilməsə, Avropa ölkələri iş yerlərinin itirilməsi və yanacaq təchizatında pozuntularla üzləşə bilər.

Banker.az arici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Gunvor”un rəhbəri Torbjörn Törnqvist bildirib.

“Bu razılaşmanın həcmi və miqyası tənzimləyici işləri tələb edir. Onu iki həftəyə başa çatdırmaq mümkün deyil. “Lukoil”in bütün beynəlxalq əməliyyatları iflic vəziyyətindədir. Heç kim onlarla əməliyyat apara bilmir. Minlərlə iş yeri təhlükədədir və neft emalı gücü ciddi şəkildə pozula bilər”, – Torbjörn Törnkvist qeyd edib.

Onun sözlərinə görə, yanacaq təchizatının pozulmaması üçün icazələrin təcili şəkildə verilməsi vacibdir: “Əsas prioritet ümumi fəaliyyət lisenziyasının uzadılmasını təmin etməkdir”.

Bu yaxınlarda “Lukoil” rəsmi məlumat yayıb ki, onun xarici aktivlərinə sahib olan törəmə şirkəti Lukoil International GmbH-ni almaq üçün “Gunvor Group” tərəfindən rəsmi təklif alınıb. Məlumata əsasən, “Lukoil” “Gunvor Group” artıq əsas şərtləri razılaşdırıb və digər potensial alıcılarla danışıqlar aparmayacağını öhdəliyə götürüb.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 22 oktyabr tarixində “Lukoil” və onun 50%-dən çox paya sahib olduğu törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Onlarla olan bütün əməliyyatlar 21 noyabr tarixinədək başa çatdırılmalıdır. Avropa İttifaqı isə 23 oktyabrda açıqlanan 19-cu sanksiya paketinin çərçivəsində Dubayda yerləşən “Lukoil”un ticarət bölməsi “Litasco Middle East DMCC”yə qarşı məhdudiyyətlər tətbiq edib.

Chosen
10
3
banker.az

4Sources