EN

“Piyadalar, diqqətli olun” şərti adı altında növbəti profilaktik tədbir keçirilib

Bakı, 5 noyabr, AZƏRTAC

Paytaxtın Səbail rayonu ərazisində “Piyadalar, diqqətli olun” şərti adı altında növbəti profilaktik tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, BDYPİ və Səbail Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təşkil olunan tədbir zamanı yol hərəkəti qaydalarını pozaraq müəyyən edilməyən yerlərdən yolu keçən piyadalar müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb və inzibati tənbeh tədbirləri görülüb.

Maarifləndirmə zamanı piyadalara bir daha izah olunub ki, qaydaların pozulması, xüsusilə də keçidlərdən kənar yerlərdən yolu keçmək təkcə qayda pozuntusu deyil, həm də birbaşa həyat təhlükəsi yaradır. Qayda pozan bir çox piyadalara yaxın zamanda həmin ərazidə baş vermiş və piyada ölümü ilə nəticələnmiş hadisələrin videogörüntüləri göstərilərək, bu cür məsuliyyətsizliyin faciə ilə nəticələnə biləcəyi xatırladılıb.

BDYPİ bütün hərəkət iştirakçılarını, xüsusilə piyadaları yollarda diqqətli olmağa, keçidlərdən istifadə etməyə və şəxsi təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Chosen
6
3
azertag.az

9Sources