EN

“Fərqliliyin rəngi” festivalı konfessiyalararası həmrəyliyi nümayiş etdirəcək - Gündüz İsmayılov

Bakı.Trend:

Bakı Ekspo Mərkəzində təşkil ediləcək “Fərqliliyin rəngi”festivalının məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyi,milli birliyi, mənəvi vəhdəti və dini-mədəni müxtəlifliyi əksetdirən unikal nümunələri təqdim etmək, habelə adət-ənənələr vəmədəni irsin inkişafı üçün yaradılan şəraiti nümayişetdirməkdir.

Trend xəbərverir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininsədr müavini Gündüz İsmayılov bu gün Azərbaycan RespublikasınınDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən“Fərqliliyin rəngi” festivalında jurnalistlərə açıqlamasındabildirib.

O qeyd edib ki, festival çərçivəsində dini qurumlarınfəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər,ədəbiyyat, geyim nümunələri, əl işləri və digər dini məzmunlumateriallardan ibarət sərgilər təqdim olunacaq.

“Festival iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, RusPravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma KatolikKilsəsinin Apostol Prefekturası, Dağ Yəhudiləri, Sefarad Yəhudilərivə Avropa Yəhudilərinin Bakı dini icmaları, Azərbaycan BibliyaCəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, KrişnaŞüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmalarıdaxil olmaqla bir çox dini qurumun stendləri ilə tanış olmaq imkanıəldə edəcəklər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnininsəsləndirilməsi ilə başlayacaq və Azərbaycandakı tolerantlıqmühitini əks etdirən videoçarx nümayiş olunacaq”, - deyə sədrmüavini bildirib.

O vurğulayıb ki, festival dini konfessiyaların musiqiqruplarının çıxışlarından ibarət bədii hissə ilə davam edəcək.Sonda fəal iştiraklarına görə dini qurumların təmsilçiləri və“AMİN” könüllüləri təşəkkürnamə ilə təltif olunacaqlar.

Chosen
41
az.trend.az

1Sources