"Qarabağ" və "Neftçi" arasında indiyədək keçirilən Azərbaycan derbilərində ümumilikdə 103 futbolçu rəqib qapısına yol tapıb.
Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
İlk qolu Zaur Qarayev ( "Qarabağ" ) vurub - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.
“Neftçi”nin ilk qoluna Ərani Beydiyev imza atıb - 26.09.1992. "Neftçi" – "Qarabağ" – 1:1.
Derbidə 103 futbolçu rəqib qapısına qol vurub.
"Qarabağ"ın 55 oyunçusu qol sevinci yaşayıb.
“Neftçi”nin 53 futbolçusu rəqib qapısına yol tapıb.
5 futbolçu hər iki komandada qola sevinib.
Mahir Emreli ( "Qarabağ" ) derbilərin bombardiridir – 9 qol.
Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( "Qarabağ" ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir.
“Neftçi" nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqlənib.
Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.