Bakı. Trend:
İsrail və ABŞ-nin hava zərbələrinə baxmayaraq İrandazənginləşdirilmiş uran hələ də qalmaqdadır.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Beynəlxalq Atom EnerjisiAgentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”amüsahibəsində bildirib.
“Zərər çox böyük olub, lakin bizim qiymətləndirmələrimizə görə,60%-ə qədər zənginləşdirilmiş uranın əksəriyyəti, eləcə də 20%, 5%və 2% səviyyələrində olan uran hələ də oradadır... Aydındır ki,silah səviyyəsinə yaxın bu qədər yüksək dərəcədə zənginləşdirilmişmaterialın mövcudluğu narahatlıq doğurur,” – deyə nəşr Qrossininsözlərini sitat gətirib.
Xatırladaq ki, iyun ayının 13-nə keçən gecə İsrail İrana qarşıhərbi əməliyyata başlayıb. ABŞ münaqişənin gərginləşməsindən doqquzgün sonra döyüşə qoşularaq İranın Fordo, Natanz və İsfahanşəhərlərindəki nüvə obyektlərinə zərbələr endirib.