EN

STM rəhbəri: “Ən böyük suverenlik – güclü dövlət və azad liderdir” 

"Müasir dövrdə suverenliyə qarşı təhlükələr silahlı hücumlarla deyil, informasiya, texnologiya və ideoloji təsir vasitələri ilə edilir".

Bakıvaxtı.az bildirir ki, bu fikri Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc Bakıda keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.

O deyib ki, Azərbaycanın yeni milli ideologiyası bu çağırışlara qarşı dayanmaq, rəqəmsal və informasiya suverenliyini qorumaq məqsədi daşıyır.

“Ən böyük suverenlik – xaricdən idarə olunmayan liderə, güclü dövlətə və yenilməz xalqa malik olmaqdır”, – Zahid Oruc vurğulayıb.

Əli Hüseynov

Chosen
27
bakivaxti.az

1Sources