EN

Böyük ordu yaradılır: Avropa parçalanacaq Şulenburq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Avropanın Rusiya üzərində nəzarəti möhkəmləndirmək cəhdləri iki dəfə uğursuzluğa düçar oldu. Avropa üçüncü dəfə sağ qalmayacaq”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin üzvü Maykl fon der Şulenburq bildirib.

Onun sözlərinə görə, Avropa həmişə “nəhəng Rusiyanı nəzarətdə saxlamaq” niyyətində olub.

Şulenburq həmçinin Almaniya kansleri Fridrix Merzi Avropada ən böyük ordu yaratmaq niyyətinə görə tənqid edib:

“Yəni Rusiya ordusundan da böyük! Yaxşı, bizim qonşularımız, çexlər və polyaklar buna necə baxırlar? Hollandlar, fransızlar buna necə yanaşırlar? O, doğrudan da, bunun həyata keçiriləcəyini düşünür? Bu, heç bir nəticə verməyəcək, əksinə, Avropanı parçalayacaq”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
globalinfo.az

1Sources