EN

Türkiyədə böyük qızıl yatağı aşkarlandı

Türkiyənin Sivas vilayətində təxminən 71,5 milyard lirə (təxminən 1,7 milyard dollar) dəyərində iri qızıl yatağı aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ereğli Demir ve Çelik Fabrikaları T.A.Ş. (Erdemir) şirkəti məlumat yayıb.
 

Bildirilir ki, 5804 hektarlıq sahədə aparılan tədqiqatlar nəticəsində ümumi çəkisi 14,9 milyon ton olan filiz müəyyən edilib.


Onun tərkibində hər ton üçün orta hesabla 0,89 qram qızıl var. Bu da təxminən 424 min unsiya qızıl deməkdir.

İlkin hesablamalara görə, aşkarlanan ehtiyatların bazar dəyəri 1,7 milyard ABŞ dolları, yəni təxminən 71,5 milyard türk lirəsi təşkil edir.
 

Şirkət qeyd edib ki, bu mərhələdə aşkar edilən ehtiyatlar “mümkün resurslar” kimi qiymətləndirilir və hələ sənaye hasilatı üçün təsdiqlənmiş ehtiyat hesab edilmir.


Hazırda geoloji kəşfiyyat və qazma işləri davam etdirilir. Məqsəd qiymətləndirmənin dəqiqləşdirilməsi və texniki-iqtisadi əsaslandırma mərhələsinə hazırlıqdır. (İhlas xəbər agentliyi)

Bizim.Media

Chosen
38
bizim.media

1Sources