EN

Uçu­rum - Pərvanə BAYRAMQIZI yazır

Onu tən­beh et­mək üçün qo­hum-qon­şu öz növ­bə­si­ni göz­lə­yir­di. Rəh­man öyüd-nə­si­hət­lər­dən bez­miş­di. Nə qə­dər de­sə, “ev­lən­mi­rəm, əl çə­kin” ye­nə də onu ra­hat bu­rax­mır­dı­lar. Ərin­cək ol­du­ğun­dan kən­din sa­kin­lə­ri ev­lən­mək is­tə­mə­di­yi­ni də tən­bəl­li­yi­nə yo­zur­du­lar. Elə bi­lir­di­lər, hər gün dan­la­sa­lar, ba­şı­na ağıl qo­ya bi­lər­lər. Bu gün də onu yo­la gə­tir­mək üçün növ­bə kən­din ağ­saq­qa­lı Ab­bas ki­şi­yə çat­dı. O da öh­də­si­nə dü­şən və­zi­fə­sin­dən məm­nun hal­da Rəh­ma­nın ya­şa­dı­ğı ba­la­ca ya­rı­qa­ran­lıq evə gəl­di. Qa­pı­nı bir­ba­şa açıb:

– Ha­ra­da­san, a bala? – de­yə­rək içə­ri­yə boy­lan­dı. Ağ­saq­qa­lın gə­li­şi­nin sə­bə­bi­ni hə­mən an­la­yan ca­van tə­lə­sik qal­xıb əy­ni­nə köy­nək ge­yin­di. Qə­fil gə­liş­dən üzü­nə ya­yı­lan na­ra­zı­lıq ifa­də­si­ni on­dan giz­lət­mə­yə ça­lış­dı. Hət­ta ürə­yin­də: “Ba­rı qa­pı­nı döy də, ay saq­qa­lı ağ ki­şi”, – de­yə qı­na­dı. Ağ­saq­qal isə bu qı­naq­dan xə­bər­siz hal­da da­ya­nıb ca­va­na ba­xır­dı. Rəh­man:

– Keç, Ab­bas əmi, keç, – dedi –yer ta­pa bil­sən, əy­ləş. Hər yer qa­rı­şıq­dır.

Elə bil ağ­saq­qal bu sö­zü göz­lə­yir­miş ki, gə­li­şi­nin məq­sə­di­ni bil­dir­sin.

– Ar­vad ol­ma­yan ev be­lə olar da, ay tən­bəl. Ada­mı eşit­mir­sən ki. De­yi­rik ki, bir bu­laq ba­şı­na-za­da çıx, kən­din gö­zəl-göy­çək qız­la­rın­dan bi­ri­ni seç, ev­lən, eşit­mir­sən.

Ca­van oğ­lan pal-pal­tar­la­rı­nı yığ­dı­ğı çar­pa­yı­nın üs­tün­dən qa­ra bir şey gö­tü­rüb sto­lun üs­tü­nə qoy­du. Əli­ni uza­dıb nə et­di­sə, ağ­saq­qa­lın gö­zü­nü işıq qa­maş­dır­dı. Bar­maq­la­rı­nı nə­yə vu­rur­du­sa, şıq­qıl­tı eşi­di­lir­di. Ağ­saq­qal bir qə­dər ta­ma­şa edib:

– Bu nə­dir, ə? – de­yə acıq­lan­dı. – Gö­tür o ya­na qoy, iki kəl­mə söh­bət edək, – de­di.

Rəh­ma­nın göz­lə­ri­ni qu­tu­ya ­bən­zər əş­ya­dan ayır­ma­dan söy­lə­di­yi:

– Ağ­saq­qal, in­di qız bə­yən­mək üçün bu­laq ba­şı­na get­mək za­ma­nı de­yil, ey. Bax bu ba­la­ca qu­tu­ya, nə qə­dər is­tə­sən, bu­ra­dan qız sev­mək olar, – söz­lə­rin­dən ağ­saq­qal heç nə ba­şa düş­mə­di.

– Ayıb de­yil, mə­ni do­la­yır­sa­n?

Rəh­man gü­lüm­sün­dü.

– İnan­dı­ğın hər nə var­sa, ona and ol­sun ki, doğ­ru sö­züm­dür, Ab­bas əmi, – hə­min əş­ya­nı bu də­fə ağ­saq­qa­lın qar­şı­sı­na qoy­du. – Bax bu, not­buk­dur, – de­di. – Bu­nun va­si­tə­si­lə dün­ya­nın hər ye­rin­dən xə­bər tut­maq olur. Bu­ra­da otu­rub lap Ame­ri­ka ilə əla­qə sax­la­ya bi­lir­sən.

– Bu­nun ev­lən­mə­yə nə dəx­li var, ay xa­ta­ka­r?

– Var, ağ­saq­qal, var, – de­yib Rəh­man qı­mış­dı. – Bu­ra­da da gö­zəl-göy­çək qız­lar­la ta­nış olub ev­lən­mək olur.

Qo­ca bir xey­li onu sü­züb ba­şı­nı bu­la­dı.

– Sən nə çə­tin uşaq ol­dun, əə. Ya­zıq Usuf yax­şı ki, vax­tın­da get­di dün­ya­dan, yox­sa sə­nin əlin­dən ürə­yi part­la­yar­dı. Dur, a ba­la, dur. Sə­mə­din iki yax­şı qı­zı var. Get bax, bə­yən bi­ri­ni, el­çi­lə­yək, sən də ailə-uşaq sa­hi­bi ol.

– Ney­lə­yi­rəm, ey, ev­lən­mə­yi, Ab­bas əmi, özü­mə qul­luq edə bi­li­rəm də.

– Ə, ar­va­dı tək­cə qul­luq elə­mə­yə­mi alır­lar, ay tərs ke­çi. Qoy sə­nin də kö­nül həm­də­min ol­sun da.

Bu də­fə höv­sə­lə­dən çıx­dı, az qa­la, ağ­saq­qa­lın üs­tü­nə qış­qı­ra­caq­dı.

– Yax­şı da, Ab­bas əmi, sə­nə and ve­ri­rəm oxu­du­ğun Qu­ra­na, de gö­rüm, heç Gül­lü xa­la­ya həm­dəm ol­­mu­­san­­mı­­? Ya­zıq ar­va­dın bir­cə də­fə də ol­sun nə is­tə­di­yi­ni so­ruş­mu­san­mı, bir­cə də­fə əl-ələ ve­rib gəz­mə­yə çıx­­mı­­sı­­nız­­mı­­? Hə?

Ağ­saq­qal ca­vab ver­mə­yə ma­cal tap­mır­dı. Rəh­man dil-dil ötür­dü.

– Ya­zıq qa­dın sə­nə pal­çıq­lı ayaq­la­rı­nı yu­maq, nəs­li­nə qul­luq et­mək üçün la­zım olub. Sə­hər­dən ax­şa­ma­can qa­rış­qa ki­mi tor­paq­da eşə­lə­nib yor­ğun dü­şən­də bir də­fə də ol­sun, nə­va­ziş gös­tər­mə­mi­sən. Həm­dəm ol­ma­ğı bu­na­mı de­yir­sən, Ab­bas əmi?

– Ə, gül ki­mi ba­la­lar bö­yüt­mü­şük, nə­və-nə­ti­cə sa­hi­bi­yik. Bun­dan bö­yük xoş­bəxt­lik var­­mı­­?

– Ay sağ ol, bax bi­ri­ni də özün de­din.

– Düz-əməl­li də da­nış­mır­san, bil­mi­rəm ki, nə ca­vab ve­rim sə­nə.

– Bax gö­rür­sən, ne­cə bir ev­də ya­şa­yı­ram, – qal­dı­ğı ota­ğı gös­tər­di. – Bu­ra ki­min qı­zı­nı gə­tir­səm, elə bi­lər, mə­nə bos­tan qo­ruq­çu­su la­zım imiş.

– Bəs sən ne­cə ya­şa­yır­san bu­ra­da, a bala?

– Mən də bir­tə­hər ya­şa­yı­ram, əziy­yət çə­ki­rəm. Yox, Ab­bas əmi, ev­lə­nən de­yi­ləm. Özü­mü bir­tə­hər yo­la ve­ri­rəm, ev­lə­nən­dən son­ra gə­rək ça­lı­şam, qa­za­nam, qay­ğı çə­kəm. Yox, bu, mən­lik de­yil.

– Ə, bəs ki­şi ça­lı­şıb qa­za­nar da, çö­rək ki­mə göy­dən tö­kü­lü­r?

– Yox, ağ­saq­qal, ba­şı­mı yo­za bil­məz­sən, ev­lən­mi­rəm. Mən ev­lən­mə­səm, dün­ya da­ğıl­maz ki!

– Bax tay-tuş­la­rı­nın ha­mı­sı oğul-qız yi­yə­si­dir.

– O uşaq­lar on­la­rın de­yil, Ab­bas əmi.

– Əs­təğ­fü­rul­lah! Ə, pis-pis da­nış­ma.

– Hirs­lən­mə, ey, yə­ni de­mək is­tə­yi­rəm ki, bu­gün-sa­bah qı­zı­nı baş­qa­sı­na ve­rə­cək, öz evin­də ol­ma­ya­caq ki.

– Hə, oğ­lu ki var. Bu da hə­ya­tın qa­nu­nu­dur da, qız öz­gə çı­ra­ğı­nı yan­dı­rır.

– Heç oğ­lu da özü­nə qal­ma­ya­caq. Onu da hö­ku­mət gə­lib əlin­dən ala­caq, apa­rıb mü­ha­ri­bə­də öl­dü­rə­cək.

– Ağ­zın­dan yel­lər al­sın, Al­lah elə­mə­sin. Ya­man pis­niy­yət adam­san, ha. Ə, bəs adam­lar və­tə­ni üçün sa­­vaş­­ma­­sın­­lar­­mı­­?

– İn­san­lar heç nə üs­tün­də sa­vaş­ma­ma­lı­dır­lar, ağ­saq­qal.

– Ağ­lı­ma gəl­məz­di ki, Usu­fun öl­dü­yü­nə bir gün se­vi­nə­cə­yəm.

– Atam sağ ol­say­dı, val­lah, onu yo­la gə­ti­rə bi­lər­dim. Ca­maa­tı ba­şa sa­la bil­mi­rəm ki, əl çək­sin­lər mən­dən.

– Qo­ca­lan­da əli­nə bir stə­kan su ve­rən ol­ma­yan­da peş­man ola­caq­san. Hə­lə ca­van­san, ney­lə­di­yi­ni ba­şa düş­mür­sən.

– İn­sa­nın ya­şı­nın ağ­lı­na dəx­li ol­mur, Ab­bas əmi. Uşa­ğa “uşaq­dır, qan­mır”, ca­va­na “bey­ni qan­dır, dü­şün­mür”, qo­ca­ya da “yaş­lı adam­dır, şüu­ru zə­if­lə­yib” de­yir­lər, bəs in­san öv­la­dı­nın qan­ma­ğı han­sı vax­tı­na dü­şü­r? Əs­lin­də, adam ya ağıl­lı do­ğu­lur, ya da ək­si­nə. Elə adam var ki, hər yaş­da doğ­ru dü­şün­mə­yi ba­ca­rır.

– Hmm, ağ­saq­qal­lıq edir­sən mənə? – in­cik hal­da de­yin­di.

– Yox, ey, Ab­bas əmi, dü­zü­nü mən de­yi­rəm.

– Qo­ca­lan­da da be­lə­cə da­mın al­tın­da bu qa­ra qu­tu ilə oy­na­ya­caq­sa­n?

– Bu qu­tu­nun va­si­tə­si­lə özü­mə yax­şı bir iş ta­pa­ca­ğam, ağ­saq­qal, bir az göz­lə. Çox­lu pu­lum ola­caq, yax­şı bö­yük bir ev tik­di­rə­cə­yəm.

– Ay sağ ol, bi­lir­dim ki, eşi­də­cək­sən mə­ni.

Ağ­saq­qa­lın se­vinc­dən göz­lə­ri ya­şar­dı. Rəh­man onu mə­yus edə­cə­yi­nə tə­əs­süf­lən­sə də, fik­ri­ni söy­lə­mək­dən çə­kin­mə­di.

– O ev o qə­dər bö­yük ola­caq ki, ora nə qə­dər is­tə­sən, qa­dın sı­ğa­caq.

– O boy­da la­zım de­yil. Hə­lə bi­ri­ni tap ev­lən, bə­sin­dir.

– Yox, ağ­saq­qal, o evə ev­lən­mə­yən­lə­ri gə­ti­rə­cə­yəm. Əli­nə bir stə­kan su ver­mə­yə ada­mı ol­ma­yan­la­rı yı­ğa­ca­ğam. Vaxt gə­lə­cək ki, heç ki­min zəh­lə­si­ni tö­küb zor­la ev­lən­dir­mə­yə­cək­lər, hə­yat­la­rı­nı is­tə­dik­lə­ri ki­mi ya­şa­yıb qo­ca­lan­da da o evə yı­ğı­şa­caq­lar, on­la­rın qay­ğı­sı­na da işi­ni se­vən on­lar­la adam qa­la­caq.

Ağ­saq­qal mat-mə­ət­təl ca­va­na ba­xıb bir­dən var gü­cü ilə ba­ğır­dı:

– Al­lah sə­ni öy­rə­dən­lə­rin bə­la­sı­nı ver­sin! Bey­ni­ni zə­hər­lə­yib­lər sə­nin. Ax­ma­ğın bi­ri ax­maq!

Rəh­man qə­zəb­lən­miş ağ­saq­qa­la fik­ri­ni izah et­mə­yə ça­lış­dı:

– Bu­ra­da fa­ciə­vi bir şey yox­dur, bax…

Ağ­saq­qal onu din­lə­mə­di, qa­pı­dan çıx­dı. Pro­tez diş­lə­ri­ni şaq­qıl­da­da-şaq­qıl­da­da ki­mə­sə qar­ğı­dı:

– Evin yı­xıl­sın, mər­di­ma­zar! Da­ha uşaq­la­rı­mız da bi­zə ar­xa çe­vi­rir­lər.

Ca­van oğ­lan bir az qo­ca­lıq­dan, bir az da əsəb­dən əsə-əsə ye­ri­yən ix­ti­ya­rın ar­xa­sın­ca get­mə­di. Göz­lə­ri­ni bir nöq­tə­yə di­kib də­rin xə­ya­la dal­­dı.

 

Chosen
39
1
adalet.az

2Sources