EN

ABŞ-də rekord müddətli şatdaunı ölkəni xaosla üz-üzə qoya bilər

ABŞ-nin Nəqliyyat naziri xəbərdarlıq edib: Uçuşlar ləğv edilə, hava məkanının bir hissəsi bağlana bilər...

Poliqon xəbər verir ki, ABŞ nəqliyyat naziri Şon Daffi ölkədə davam edən hökumət “şatdaun”unun (federal idarələrin fəaliyyətinin dayandırılması) daha bir həftə uzanacağı təqdirdə “tam xaosa” səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Nazirin sözlərinə görə, artıq yaxın günlərdə ciddi uçuş gecikmələri, reyslərin ləğvi və təhlükəsizlik məqsədilə bəzi hava məkanlarının bağlanması ehtimalı mövcuddur.

ABŞ-də hökumətin qismən fəaliyyətinin dayandırılması 1 oktyabrda başlayıb və artıq ölkə tarixində ən uzunmüddətli “şatdaun”a çevrilib. Bu, 2018–2019-cu illərdə, Donald Trampın ilk prezidentlik dövründə (2017–2021) baş vermiş 35 günlük əvvəlki rekord göstəricini geridə qoyub.

Noyabrın 4-nə olan məlumata görə, federal hökumətin maliyyələşməsini bərpa etməyə imkan verəcək qanun layihəsi hələ də Konqresdə razılaşdırılmayıb. ABŞ-ın 2 noyabrda qış vaxtına keçidi nəzərə alınmaqla, “şatdaun”un artıq 34 gün, 21 saat və 24 dəqiqə davam etdiyi bildirilir.

Ekspertlərin fikrincə, böhranın uzanması nəinki dövlət xidmətlərini, həm də iqtisadiyyatın əsas sektorlarını — o cümlədən nəqliyyat, təhlükəsizlik və hava nəzarəti sahələrini ciddi şəkildə iflic vəziyyətinə sala bilər.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources