EN

Arda Güler "üsyan etdi": "Oynamaq istəmirəm..."

İspaniyada "Real Madrid"in türk ulduzu Arda Gülerlə bağlı diqqətçəkən iddia gündəmə gəlib. Yerli mətbuatın yazdığına görə, gənc futbolçu artıq komanda yoldaşlarından biri ilə eyni anda meydanda olmaq istəmir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın "El Nacional" nəşri Arda Güler və gənc müdafiəçi Din Heysenin baş məşqçi Xabi Alonsoya müraciət edərək komanda yoldaşları Raul Asensio ilə birlikdə oynamaq istəmədiklərini bildirib. İddiaya əsasən, hər iki oyunçu Asensionun yüksək tempdəki qarşılaşmalarda "Real"ın səviyyəsinə uyğun çıxış etmədiyini düşünür.

Asensio son vaxtlar "Valensiya" ilə oyundakı zəif performansına görə həm azarkeşlərin, həm də yerli medianın tənqid hədəfinə çevrilib. Onun meydandakı yavaşlığı və qərarsız davranışları Alonsonun sisteminə uyğun gəlmədiyi fikirlərini gücləndirib.

Xəbərdə qeyd olunur ki, Asensionun Heysen və Militao ilə münasibətlərinin gərginləşməsi komanda daxilində balansı pozub. Klub rəhbərliyinin isə gənc futbolçunun mövsümün ortasında satılmasını nəzərdən keçirdiyi iddia olunur.

Hollandiya mətbuatı isə daha bir maraqlı iddia irəli sürüb. Məlumata görə, Arda Güler və Din Heysen "Liverpul"la vacib görüş ərəfəsində Xabi Alonsonun yanına gedərək Asensionun həmin matçda oynadılmamasını tövsiyə ediblər.

Bütün bu xəbərlərə baxmayaraq, Arda Gülərin "Real Madrid"də mövqeyi getdikcə güclənir. O, 2025/26 mövsümünə əla start verib - 14 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə çıxış edərək əsas heyətin dəyişməz üzvünə çevrilib. Gənc türk ulduz təkcə meydanda deyil, soyunma otağında da təsirini hiss etdirməyə başlayıb.

Tural
Milli.Az

Chosen
28
3
milli.az

4Sources