EN

Ramil Usubov Sergey Şoyqu ilə görüşəcək

Bu gün Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 13-cü iclası keçiriləcək.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, toplantıda MDB-nin üzləşdiyi təhlükələr, onlara cavab tədbirləri, Qərbin ideoloji ekspansiyasına qarşı mübarizə diqqət mərkəzində olacaq.

Bildirilib ki, iclas Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə baş tutacaq.

Məlumata görə, Şoyqu həmçinin Azərbaycan, Ermənistan və Belarusdan olan həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanı TŞ-nin katibi Ramil Usubov təmsil edir.

Daşqın HəsənovMissiya.Az

Chosen
58
missiya.az

1Sources