EN

Qaraciyər Piylənməsi: Müasir Dövrün Sağlamlıq Problemi

Qaraciyər

Qastroenteroloq-hepatoloq, təcrübəli mütəxəssis Dr. Ülvi İbrahimov Qaraciyər piylənməsi (steatoz) müasir dövrdə geniş yayılan sağlamlıq problemlərindən biridirDr. Ülvi İbrahimov bildirir ki, piylənmənin ən yayılmış səbəbi hədsiz alkoqol istehlakıdır. Lakin çox miqdarda alkoqol qəbul etməyən insanlarda da qaraciyər piylənməsi müşahidə oluna bilər; bunun səbəbləri arasında hədsiz köklük, şəkərli məhsulların çox istifadəsi, şəkərli diabet, oturaq həyat tərzi, bəzi dərmanlar və genetik meyllər yer alır. Qaraciyər piylənməsi orqanizmin artıq yağ yaratması və ya yağların kifayət qədər metabolizmə məruz qalmaması nəticəsində yaranır. Bu vəziyyət gələcəkdə bir sıra ciddi sağlamlıq problemlərinə səbəb ola bilər: qaraciyər funksiyalarının pozulması, iltihablanma (hepatit), qaraciyər sirrozu və hətta qaraciyər xərçəngi. Dr. Ülvi İbrahimov Ulusum.az-a xəbər verir ki, qaraciyər piylənməsi diqqətə alınmazsa, orqanın normal fəaliyyətini çətinləşdirir və ciddi sağlamlıq risklərinə yol açır. Ulusum.az / R.İkramlı

Diqqət Çəkənlər

Azərbaycanda UNESCO-nun qərarı açıqlandı

Gürcü Mətbəxindən Yemək Resepti - Caşuşili VİDEO

Rus gəncləri TikTok-da populyarlaşan “Molekul” arıqlama həblərindən zərər çəkir

Chosen
49
ulusum.az

1Sources