EN

Ehtiyatsızlıqdan çayın dərəsinə yıxılan 15 yaşlı oğlanın XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Davud Sabir oğlu Quluzadə ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.

Chosen
19
17
far.az

10Sources