EN

Tramp NASA rəhbəri vəzifəsinə onu elan etdi


ABŞ prezidenti Donald Tramp milyarder və kosmik turist Cared Ayzekmanı yenidən ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının (NASA) rəhbəri vəzifəsinə namizəd irəli sürüb. D.Tramp qərarını "Truth Social" hesabında açıqlayıb:

"Bu axşam uğurlu iş adamı, xeyriyyəçi, pilot və astronavt Cared Ayzekmanı NASA administratoru vəzifəsinə namizəd göstərməkdən məmnunam. Caredin kosmosa olan ehtirası, astronavt kimi təcrübəsi və kəşfiyyat sərhədlərini genişləndirmək, kainatın sirlərini açmaq və yeni kosmik iqtisadiyyat inkişaf etdirmək istəyi onu NASA üçün yeni bir dövrün başlanğıcı üçün mükəmməl namizəd edir".

Mətləb

Chosen
39
3
baki-xeber.com

6Sources