EN

Məşhur futbol klubunun direktoru infarkt keçirdi

İspaniyanın “Espanyol” futbol klubunun idman direktoru Fran Qarqas ürək tutması səbəbindən xəstəxanaya yerləşdirilib.

Redaktor.az əxbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Qarqas hazırda Barselonadakı “Sant Pau” xəstəxanasının reanimasiya şöbəsindədir. Klubun nümayəndələrinin verdiyi məlumata görə, ona tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olaraq qalır, lakin stabildir.

Cari mövsümdə “Espanyol” İspaniya çempionatının turnir cədvəlində 11 turdan sonra 18 xal toplayaraq altıncı pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 8-də “Vilyarreal”a qarşı keçirəcək.

Nuriyyə NATİQQIZI

Chosen
55
1
redaktor.az

2Sources