EN

Gəncədə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Gəncədə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
 
Moderator.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü E.Heydərov və 2007-ci il təvəllüdlü S.Alıyev xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
 
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Chosen
12
4
moderator.az

5Sources