EN

Anasının dolabda gizlənən tanışını bıçaqlayan gənclə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Vaqif Qayıbzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına görə, hadisə 2025-ci il aprelin 25-də, saat 02:40 radələrində Şəmkir rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Vaqif Qayıbzadə həmin vaxt evdə olarkən, orada kənar şəxsin gizləndiyindən şübhələnib Evi axtararkən o, anası ilə nikahdan kənar qeyri-rəsmi münasibətdə olan zərərçəkmiş Yaqub Babayevi (adı, soyadı şərtidir) qadına aid yataq otağının dolabında görüb. Təqsirləndirilən şəxs onun evə oğurluq məqsədilə girdiyini güman edərək mətbəxdən götürdüyü bıçaqla hücum edib. O, dolabda gizlənmiş zərərçəkmişi əvvəlcə bıçaqla, sonra isə yumruq zərbələri ilə vuraraq ona xəsarət yetirib.

Hadisədən sonra Vaqif Qayıbzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Chosen
1
3
konkret.az

4Sources