EN

Venesuela ordusunun ABŞ ilə müharibə planı hazırdır

BAKI, 5 noyabr. TELEQRAF

Venesuelada ABŞ tərəfindən hərbi müdaxilə halına qarşı müdafiə və silahlı mübarizəyə keçid planı qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

“Vətənin strateji konsepsiyasına uyğun ümumi müdafiə çərçivəsində Venesuela ABŞ imperiyası tərəfindən hücuma məruz qalsa, silahsız mübarizədən milli və qitəmiqyaslı silahlı mübarizəyə keçid planı qəbul edilib”, - o deyib.

Venesuela lideri ölkəsi və Silahlı Qüvvələrin bütün mümkün ssenarilərə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Nikolas Maduronun prezident kimi günlərinin sayılı olduğunu iddia edib. Amerika KİV ABŞ Silahlı Qüvvələrinin Cənubi Amerikada narkotiklərlə mübarizə çərçivəsində Venesuelaya hərbi müdaxiləyə hazırlaşdığını yazıb.

Chosen
57
teleqraf.com

1Sources