EN

ABŞ ın təyyarədaşıyan gəmisi Cənubi Koreya limanına daxil olub

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-ın nüvə enerjisi ilə işləyən təyyarədaşıyan "Corc Vaşinqton" gəmisi çərşənbə günü Koreya Respublikasının ikinci ən böyük şəhəri olan Busandakı dəniz bazasına çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat verib.

Təyyarədaşıyan gəmini idarə olunan raket kreyseri və "Aegis" sistemi ilə təchiz olunmuş iki esmines müşayiət edir.

Busana liman səfəri təchizatın artırılması və heyət üzvlərinin istirahəti üçün nəzərdə tutulub. Cənubi Koreya ordusu bildirib ki, "Koreya Respublikası Hərbi Dəniz Qüvvələri iki ölkənin donanmaları arasında mübadilə və əməkdaşlığı daha da gücləndirməyi, eləcə də Beşinci Təyyarədaşıyan Qrupunun gəlişi münasibətilə müdafiə imkanlarını artırmağı planlaşdırır".

Bu, Cənubi Koreya prezidenti Li Ce Myunun rəhbərliyi altında ABŞ təyyarədaşıyan gəmisinin ilk liman səfəridir. O, iyunun əvvəlində seçkilərdə qalib gəlib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi sonuncu dəfə mart ayında Busana səfər edib. Şimali Koreya hakimiyyəti ABŞ təyyarədaşıyan gəmilərinin Cənubi Koreyanın dəniz bazalarında mövcudluğuna tənqidi yanaşır. Şimali Koreya liderinin bacısı Kim Yo-jong bunu "əsl düşmənçilik təzahürü" adlandırıb.

Oktyabr ayının sonunda ABŞ prezidenti Donald Tramp Koreya Respublikasına səfər edib. Onun 2019-cu ildə olduğu kimi, sərhəddə Şimali Koreyanın dövlət başçısı Kim Çen Inla görüşəcəyi gözlənilirdi. Lakin Tramp Kim Çen Inla görüşün vaxtını razılaşdıra bilmədiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
bizimyol.info

1Sources