Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Nyu-York şəhərinin Demokratlar Partiyasından bələdiyyə sədrliyinə namizədi olan Zöhran Məmdani səslərin 50,6 faizini toplayaraq Nyu-Yorkun ilk müsəlman bələdiyyə sədri olub.
APA xəbər verir ki, bu barədə “Associated Press” ilkin qeyri-rəsmi nəticələrə istinadən məlumat yayıb.
Yerli vaxtla saat 21:00-da səsvermə başa çatdıqdan sonra bülletenlərin 83 faizi sayılıb.
Məmdani səslərin 50,6 faizini toplayaraq ən yaxın rəqibi, müstəqil namizəd Endryu Kuomodan təxminən 9 xal öndə olub.
Kuomo səslərin 41,4 faizini, Respublikaçı namizəd Körtis Sliva isə 7,3 faizini toplayıb.
34 yaşlı Məmdani Nyu-York şəhərinin ilk müsəlman bələdiyyə sədri olaraq tarixə düşüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.