EN

Ağayev "Arsenal"ın xeyrinə penalti təyin etdi - ÇL-də

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edib.

Ona Akif Əmirəli, Zeynal Zeynalov (laysmanlar) və Elçin Məsiyev (dördüncü hakim) kömək ediblər.

Sportinfo.az xəbər verir ki, görüş İngiltərə nəhənginin 3:0 hesablı qələbəsi ilə bitib

"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) - 0:3

Qollar: Saka, 32-pen,.Merino, 46, 68

Ə.Ağayev meydan sahiblərinin futbolçusu Lukas Provodun cərimə meydançası daxilində əllə oynamasına görə 32-ci dəqiqədə penalti təyin edib.

O, VAR-ın müdaxiləsi ilə bu qərarı verib. Bukayo Saka penaltini dəqiq yerinə yetirib. Ağayev 88-ci dəqiqədə, hesab artıq 0:3 olarkən, "Arsenal"ın qapısına penalti təyin etsə də, VAR-da epizodun təkrarını izlədikdən sonra qərarını dəyişib. .

O, "Slaviya"nın 3, "Arsenal"ın isə 4 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Hazırda "Arsenal" 12 xalla 2-ci, "Slaviya" 2 xalla 31-ci pillədə qərarlaşıb.

Bu, 38 yaşlı Əliyar Ağayevin Çempionlar Liqasının əsas mərhələsində (qrup/Liqa) idarə etdiyi 6-cı oyun olub. O, 2022/23 mövsümündən başlayaraq həmin yarışlara təyinat alır.

Referi bu günə qədər ÇL-in əsas mərhələlərində "Kopenhagen" - "Borussiya" (Dortmund), "Srvena Zvezda" - "Mançester Siti", "Şturm" - "Brügge", "Bolonya" - "Monako", bu mövsümdə isə "Kopenhagen" - "Bayer" matçında baş hakim olub.

O, geridə qalan bu 5 matçda ümumən 24 dəfə sarı vərəqə göstərib, qırmızı vərəqəyə isə hələlik əl atmayıb.

Chosen
74
sportinfo.az

1Sources